FTX Ermənistanda “türk xəfiyyə”ni ələ keçirdi
2 Avqust 2018 14:19 DünyaErmənistanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin əməkdaşları Ermənistan-Türkiyə sərhədini pozan şəxsi saxlayıblar.
Saxlanılan şəxs Türkiyə vətəndaşı olub. Rusiya FTX-nin yaydığı məlumata görə, aparılan yoxlamalar zamanı ələ keçirilən şəxsin telefonunda Ermənistanın sərhəd ərazilərində yerləşən mühəndis qurğuları və maneələrin görüntüləri aşkarlanıb. Bundan sonra həmin şəxs Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Ermənistan mətbuatı artıq indidən ələ keçən şəxsin Türkiyə kəşfiyyatına işləməsiylə bağlı məlumatlar yaymağa başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31