“Böyük dövlət olmaq üçün bir an belə tərəddüd etməyəcəyik”

"Baş verən son hadisələr göstərdi ki, güclü dövlət olmaq üçün iqtisadi, hərbi və ya coğrafi cəhətdən böyüklük əsas deyil". 

Bunu Türkiyə prezidentinin köməkçisi Fuad Oktay ABŞ-la yaranan gərginliyə münasibət bildirərkən vurğulayıb. O qeyd edib ki, böyük dövlət olmaq, beynəlxalq hüquq çərçivəsində hərəkət etməyi, razılaşdırılmış anlaşmalara bağlı olmağı, ədalət və hörmət prinsiplərinə sadiq qalmağı, daim məzlumların yanında olmağı tələb edir. Biz, bayrağı, vətəni və milləti ilə birlikdə böyük bir dövlətik. Hörmətli Prezidentimizin liderliyində böyük dövlət olmaq üçün bir an belə tərəddüd etməyəcəyik". 

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31