Almaniya da İrana qarşı çıxdı: 300 milyon qadağası
2 Avqust 2018 13:58 DünyaAlmaniyanın Mərkəzi Bankı İranın 300 milyon avro nağd pulunun transferinin qarşısını almaqdan ötrü maliyyə siyasətini dəyişmək niyyətindədir.
Bu barədə informasiyanı "Bild" qəzeti yayıb.
Qeyd edək ki, bundan öncə İran Almaniya ilə Tehrana 300 milyon nağd pulun verilməsi üçün danışıqlara başlamışdı. İran tərəfdən bu danışıqları Mərkəzi Bankın yüksəkvəzifəli nümayəndəsi Əli Tarzalinin apardığı bildirilmişdi. Tehranın planına əsasən, bu pullar Almaniyadan hesablardan çıxarılaraq, İran aviaşirkətlərindən biri vasitəsilə Tehrana gətirilməli idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31