Myanmadan Rusiyaya maraqlı hədiyyə
2 Avqust 2018 13:25 DünyaMyanma hökuməti Rusiyaya maraqlı hədiyyə göndərib.
İki ölkə diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edir. Bunun şərəfinə Myanma Rusiyaya üç ədəd 4 yaşlı Asiya fili bağışlayıb. Bildirilir ki, sentyabrda Moskvaya göndəriləcək hədiyyələr "Durova babanın guşəsi" teatrında yaşayacaq və təlim alacaqlar.
Qeyd edək ki, Asiya (və ya hind) filləri Afrika fillərindən sonra quruda yaşayan ikinci ən böyük heyvanlardır. Vəhşi təbiətdə onlar təxminən 70-80 il yaşayırlar.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31