Əhmədinejaddan Trampa: "Bu iranlıların adını açıqlayın"
2 Avqust 2018 13:15 Dünyaİranın keçmiş prezidenti Mahmud Əhmədinejad ABŞ Prezidenti Donald Trampa çağırış edib.
Çağırışı zamanı Əhmədinejad ABŞ-da "yaşıl kart" alıb, yaşayan İran hökumət nümayəndələrinin yaxınlarının adları və bank hesablarının açıqlanmasını istəyib:
"Cənab Tramp, İran hökumət nümayəndələrinin yaxınlarından "yaşıl kart" sahibi olanların adları və bank hesablarının siyahısını yayımlayın", - deyə Əhmədinejad Tvitter hesabatında mesaj paylaşıb.
Qeyd edək ki, Əhmədinejad bundan öncə İran hökumətinin nümayəndələrini xaricə pul qaçırmaqda ittiham etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31