"Volkswagen" 1200-ə yaxın avtomobili geri çağırıb
2 Avqust 2018 13:11 Dünya"Volkswagen Group Rus" şirkəti Rusiyada 1 174 "Volkswagen" avtomobili geri çağırıb.
Qərar arxa cərgədəki sərnişin oturacaqlarının təhlükəsizlik kəmərlərində kilidlərin mümkün qüsuru ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci illərdə Rusiyada satılmış "Teramont" modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31