Türkiyədən ABŞ sanksiyasına daha bir reaksiya
2 Avqust 2018 12:20 Dünya"Son hadisələr göstərir ki, böyük dövlət olmaq iqtisadi, hərbi və coğrafi böyüklük anlamı ilə uyğun gəlmir".
Bu sözləri öz Tvitter səhifəsində Türkiyə prezidentinin köməkçisi Fuad Oktay paylaşıb.
"Böyük dövlət olmaq beynəlxalq hüquq çərçivəsində hərəkət etmək, imzalanan razılaşmalara bağlı olmaq, ədalətə sadiq qalmaq, xalqının maraqlarını kiçik qruplardan üstün tutmamaq deməkdir. Biz bayrağı, vətəni və milləti ilə böyük dövlətik", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31