Lavrov Zəriflə Sinqapurda görüşəcək

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Sinqapurda İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Bunu barədə məlumatı "RİA Novosti" agentliyi öz mənbələrinə istinadən yayıb.

Agentlik Zəriflə bərabər Lavrovun Sinqapur, Çin, Cənubi Koreya XİN rəhbərləri ilə görüşəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Lavrovun Sinqapurda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşəcəyi barədə məlumat yayılmışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31