İran Fars körfəzində böyük təlimə hazırlaşır

İran İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı təlimə hazırlaşır.

Bu barədə informasiyanı CNN televiziyası yayıb. Təlimin yaxın 48 saat ərzində Fars körfəzi akvatoriyasında keçiriləcəyi bildirilib.

Təlimdə SEPAH-ın 100 gəmi və kateri, hərbi hava qüvvələri və sahil raket birliklərinin iştirakı nəzərdə tutulub. Rəsmi Tehran təlimə SEPAH-la bərabər ordunu da cəlb etməyi planlaşdırır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31