ABŞ bu regiondakı ordularının sayını azaldır
2 Avqust 2018 11:41 DünyaABŞ-ın Afrikadakı Qoşunlarının Komandanlığı Baş Qərargahlar Komitəsinə qitədəki hərbçilərin sayının kəskin azaldılmasını təklif edib.
Bu barədə məlumatı CNN televiziyası yayıb. Televiziya komandanlığın ixtisar işinə ilk növbədə xüsusi təyinatlı bölmələrdən başlanılmalı olduğunu bildirib. Komandanlıq bu addımın Tramp administrasiyasının Rusiya və Çinin qarşısının alınması üçün nəzərdə tutulan yeni doktrinasına uyğun olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda ABŞ-ın Afrikadakı xüsusi təyinatlı qüvvələri əsasən Somali, Niger və Kamerunda cəmləşib. Bu qüvvələr Afrikada daha çox terrorizmlə mübarizə aparırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31