Gürcüstanda hərbçilər arasında toqquşma olub, yaralılar var

Gürcüstanın Kocori hərbi hisssində hərbçilər arasında baş vermiş qarşıdurma nəticəsində 4 nəfər yaralanıb.

Bu barədə Hərbi Polisin İstintaq İdarəsi rəisinin müavini polkovnik İrakli Bazeraşvili bildirib.

Onun sözlərinə görə, hərbçilər arasında mübahisə sonradan davaya çevrilib: "Yaralılar hospitala yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. Hadisə araşdırılır. Məhkəmə-tibbi ekspertiza təyin edilib".

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31