Türkiyə XİN ABŞ sanksiyaları üçün cavab tədbirləri görmək niyyətində olduqlarını bildirib

Türkiyənin Xarici İşlər Nazirliyi Amerikanın sanksiyalar barədə bəyatına cavab verib və bildirilib ki, aqressiv bəyanatlara qarşı hər cür tədbirləri görməyə hazırdır.

Bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb. 

"Şübhəsiz ki, bu qərar bizim hüquqlarımıza və ABŞ-Türkiyə münasibətlərinə ziddir", bəyanatda göstərilir.

Nazirlikdən əlavə ediblər ki, Vaşinqtonun bu hərəkətləri hüquq və ədalət prinsiplərinə ziddir.

"Bu cür heç bir maraqlara xidmət etməyən bu cür aqressiv bəyanatlar dərhal cavabını alacaqdır", məlumatda bildirilir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31