İstilərdən qorunmaq üçün itlərə çəkmə geyindirdilər

Avstriyanın paytaxtı Vyanada istilərdən qorunmaq üçün polis itlərinə çəkmə geyindirilib.

Bu barədə "Mir-24" məlumat yayıb. Bildirilir ki, bu çəkmələr əməliyyatlar zamanı heyvanlara heç bir çətinlik yaşatmayacaq.

Kinoloqlar isə düşünürlər ki, belə bir addımı atmazdan qabaq itlərə "ayaqqabı geyinmək" hissi öyrədilməli idi.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31