Ayılara yem verdiyinə görə min dollar cərimələndi

Kolorado sakini "qəsdən" ayı yemlədiyi üçün min dollar cərimələnib.

Üstəlik, o, bunu son 8 ildə 3-cü dəfədir edir. Evinin qapısına ayılar üçün yemək qoyan kişi qonşuların şikayəti əsasında cərimələnib. O, 2010,2012-ci illərdə də buna görə cəzalandırılıb.

Qeyd edək ki, Koloradoda ayıları yemləmək qadağandır. Bu hal baş verərsə, birinci dəfə üçün cərimə 100 dollar, ikinci dəfə üçün 500 dollar, üçüncü dəfə üçün isə 1000 dollardır.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31