Tramp Çindən gələn məhsulların gömrük vergisini artırdı
2 Avqust 2018 10:19 DünyaAmerika hökuməti təxminən 200 milyard dollar dəyəri olan Çin mənşəli məhsulların gömrük vergisini artırıb.
ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzer açıqlamasında prezident Donad Trampın vergiləri 10%-dən 25%-dək artırdığını bildirib. Yeni gömrük vergisi qərarın müzakirəyə qoyulduğu 10 iyul tarixindən etibarən idxal edilən məhsullara tətbiq olunacaq.
Bu isə təxminən 5 min məhsula aiddir. Onların arasında dəniz məhsullarından tutmuş, meyvə-tərəvəzə, kimyəvi maddələrə, tütün məhsullarına, avtomobil təkəri və idman əlcəklərinədək məhsullar var.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31