Latviyada 17 nəfər xəstəxanaya düşdü - İstilərə görə

Latviyada istilərlə əlaqədar 17 nəfər xəstəxanaya yerləşdirilib.

Həmin şəxslər uzun müddət açıq havada qaldıqdan sonra özlərini pis hiss etməyə başlayıblar.

Onlardan 5-i spirtli içkidən sonra istivurmaya məruz qalıb.

Latviyada son 3 həftə ərzində temperatur 30 dərəcədən aşağı düşmür və havanın yüksək rütubətliliyi müşahidə olunur.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31