Yunanıstanda yanğınlarda ölənlərin yaxınları hökuməti məhkəməyə veriblər

Yanğınlar nəticəsində insanların ölümü ilə əlaqədar Yunanıstan hökumətinə qarşı ilk məhkəmə iddiası ölənlərin yaxınları tərəfindən qaldırılıb.

Yanğınlar nəticəsində insanların ölümü ilə əlaqədar Yunanıstan hökumətinə qarşı ilk məhkəmə iddiası ölənlərin yaxınları tərəfindən qaldırılıb.

İddianı Attikanın şimal-şərqindəki Neos Vutzas kurort qəsəbəsində ölən insanların yaxınları qaldırıblar.

İş üzrə cavabdeh şəxslər qismində Yunanıstan Daxili İşlər Nazirliyinin mülki müdafiə üzrə baş katibi Yannis Kapakis, paytaxtın Attika vilayətinin qubernatoru Rena Duru, Maraton şəhərinin meri İlias Psinakis, eləcə də daha aşağı çinli məmurlar, polis və yanğınsöndürmə xidmətinin əməkdaşları çıxış edəcək.

Qeyd edək ki, Afinada meşə yanğınları nəticəsində 91 nəfər ölüb. İyulun sonlarında daxili işlər nazirinin birinci müavini Nikos Toskas bəyan edib ki, istintaq orqanlarında Attikanın paytaxt ərazilərində baş verən fəlakətli yanğınlara qəsdən törədilən yanğının səbəb olması barədə dəlillər var.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31