“ABŞ-ın təhdidlərinə heç vaxt güzəştə getməyəcəyik”

"Bizə təhdid cümlələrlə yaxınlaşmaq heç kimə xeyir qazandırmaz". 

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la yaranan gərginliyə münasibət bildirərkən deyib. Prezident qeyd edib ki, biz bu günə kimi NATO çərçivəsində ABŞ-la həmrəylik içində olduq: "Koreyada onlarla bərabər olduq, birlikdə mübarizə apardıq. Onlarla birgə mübarizə aparan Türkiyəyə qarşı belə bir təhdid dili ilə yanaşmaq xoş deyil. Biz bu təhdidlərə heç vaxt güzəştə getməyəcəyik. Türkiyədə dini azlıqlarla bağlı problem yoxdur. Lakin ABŞ-da evanqelist, sionist anlayışın bu tərzdə danışmasını əsla qəbul etmirik. Azadlığımızı, məhkəmə sistemin müstəqilliyini qoruyaraq yolumuza davam edəcəyik".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31