Tacikistanda rusiyalı hərbçilərə qarşı terror hücumunun qarşısı alınıb

Tacikistanda ölkədə qadağan edilmiş İslam İntibah Partiyasının yeraltı terror yuvası zərərsiləşdirilib.

Bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin İctimaiyyətlə əlaqələr mərkəzindən məlumat verlib.

Xüsusi əməliyyat fevral ayında həyata keçirilib, yuvanın 14 üzvü saxlanılıb. Onlar mart ayında Novruz bayramı şənliklərində, eləcə də Düşənbədəki 201-ci Rusiya hərbi bazasında böyük terror hücumları təşkil etməyi planlaşdırıblarmış.

Düşənbə məhkəməsi yuvanın qurucusu olan iki nəfərin - 25 yaşlı Fəxrəddin Qulov və onun həmyaşıdı Mahmudjon Azamovun 26 illik həbs cəzasına məhkum edilməsinə dair qərar çıxarıb. Digər müttəhimlər isə 7 illik həbs cəzası alıblar.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31