BƏƏ-nin hakimiyyət orqanları qeyri-leqallara yarım illik viza verəcək
1 Avqust 2018 16:12 DünyaBirləşmiş Ərəb Əmirliklərinin hökuməti avqustun 1-dən etibarən üç aylıq viza amnistiyası proqramı elan edib. Həmin proqram çərçivəsində bu ölkədə olmaq statusunu leqallaşdırmağı arzu edən rezidentlərin burada iş tapmaq məqsədilə altı aylıq müvəqqəti viza almaq üçün müraciət etməsinə imkan verilir.
BƏƏ KİV-lərinə istinadla bildirir ki, ölkədə yaranan vakansiyaların paylaşdırılması zamanı BƏƏ-nin İnsan Resursları Nazirliyində qeydiyyata alınmış iddiaçılara üstünlük veriləcək.
Rezidentlərin və əcnəbilərin məsələləri üzrə baş idarənin baş direktorunun müavini Xələf əl-Hait bildirib ki, əgər qeyri-leqallar altı ay ərzində iş tapmasalar, onlar ölkəni tərk etməli olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31