Türkiyəli erməni deputat Ərdoğana səsləndi: “Girovlar üzərindən…”

Rahib Kreyq Bransonun girov saxlanılması Türkiyəyə zərər verə bilər.

Bunu Türkiyə parlamentinin (TBMM) erməniəsilli deputatı Karo Paylan deyib.

O, bu barədə Tvitter hesabında yazıb:

"Kreyq Branson Türkiyədə dövlət çevrilişinə cəhd edən qüvvələrə dəstək verməkdə ittiham edilib və həbs olunub. Buna görə də, Türkiyə ABŞ-ın sanksiyaları ilə üz-üzə qalıb. Ərdoğan girovlar üzərindən ticarətlə məşğul olmaqdan imtina etməlidir".

Qeyd edək ki, amerikalı rahib Kreyq Branson 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilir.

Buna görə həbs edilmiş rahib bir neçə gün əvvəl ev həbsinə buraxılıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31