Qalmaqallı yazar Trampı hədəfə aldı – Məşhur kitab təqdim olunacaq

ABŞ-da "Uotergeyt" qalmaqalını ortaya çıxaran və 1974-cü ildə 37-ci ABŞ Prezidenti Riçard Milhaus Niksonun istefasına nail olan jurnalist Bob Voodvard bu dəfə ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki fəaliyyətini özündə əks etdirən kitabının təqdimatına hazırlaşır.

"Simon Şuster" nəşriyyatı sentyabrın 11-də "Qorxu: Tramp Ağ Evdə" kitabını ictimaiyyətə təqdim edəcək.

Kitabda Donald Trampın Ağ Evdə xarici və daxili siyasət məsələlərinə necə qərar verdiyinə dair skandal fikirlər yer alıb.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31