"Tramp Koreya variantını İranda sınayır" - Fransa
1 Avqust 2018 15:10 Dünya"ABŞ Prezidenti Donald Trampın İran Prezidenti Həsən Ruhaniyə etdiyi görüş təklifi Vaşinqtonun Şimali Koreya siyasətinə bənzəyir".
Bu sözləri "Frans İnfo" radiosuna açıqlamasında Fransa Xarici İşlər naziri Jan İv Le Drian deyib.
"Tramp Kim Çen İnlə etdiklərini təkrarlayır. O, hücum edir, sərt tədbirlər görür və sonra müzakirə təklif edir. Şimali Koreya məsələsində bu, hələlik, gözlənilən nəticələri verməyib", - deyə o bildirib.
Qeyd edək ki, Tramp bundan öncə İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirmişdi. İran isə təklifdən birmənalı imtina etdiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31