Arlem Dezir: "ATƏT rusiyalı jurnalistlərin öldürülməsindən kədərlənir"

ATƏT-in medianın azadlığı üzrə nümayəndəsi Arlem Dezir rusiyalı jurnalistlər Aleksandr Rastorquyev, Kirill Radçenko və Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) öldürülməsindən kədərləndiyini və bu hadisədən şoka düşdüyünü bildirib.

O, bu barədə "Twitter" səhifəsində yazıb.

"Rusiyalı jurnalistlərin - operator Kirill Radçenko, rejissor Aleksandr Rastorquyev və hərbi müxbir Orxan Camalın Mərkəzi Afrika Respublikasında qətlə yetirilməsinə görə kədərlənir, şokda olduğumu bildirmək istəyirəm. Onların ailələrinə və həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm", - o yazıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31