Moskva ətrafındakı Serpuxov rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə Föqəladə Hallar Xidmətindən məlumat verilib.
"İlkin məlumata əsasən, yüngül mühərrikli təyyarə-amfibiya Drakino aerodromunda yerə düşüb", - qeyd olunub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Qəzanın səbəbi araşdırılır.
"Report"