“İnqilab” əhalini saxlamır: İrəvan daha 10 min azaldı
1 Avqust 2018 13:57 DünyaErmənistan əhalisinin sayı son 5 ay ərzində 10.100 nəfər azalıb.
Bu barədə məlumatı Ermənistan Milli Statistika Xidməti yayıb. Statistika Xidməti hazırda ölkə əhalisinin sayının 2.969.800 nəfər olduğunu bildirib. Ən böyük azalma kəndlərdə yaşanıb. Belə ki, kəndlərdə əhali 6500 nəfər, şəhərlərdə isə 3600 nəfər azalıb.
Qeyd edək ki, keçən ilin iyulunda Ermənistan əhalisi rəsmi statistikaya əsasən 2979900 nəfər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31