Konyada qum fırtınası zəncirvari qəzaya səbəb oldu - 17 yaralı

Türkiyənin Konya şəhərində qum fırtınası zəncirvari qəzaya səbəb olub.

20 avtomobilin toqquşduğu qəzada 2-si ağır olmaqla, 17 nəfər yaralanıb. Konya-Ankara yolunun 70-ci kilometrliyində baş vermiş hadisə qum sürücülərin yolu görməsinə mane olması səbəbindən yaşanıb.

Qəza yerinə çoxsaylı təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Qəza səbəbindən yol 1 saatlıq bağlanıb.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31