Hindistan balıqçılarına sahib çıxdı

Hindistan İranda olan balıqçılarını azad edib.

İran ərazisinə qanunsuz keçərək orada işləyən və maaş ala bilmədiyinə görə İranda qalan 21 balıqçı Hindistan səfirliyinin köməyi ilə ölkəsinə geri qaytarılır. Bu barədə Hindistanın Xarici işlər naziri Suşma Svarac tvitterdə yazıb. O, sevincini belə paylaşıb: "Tamiland ştatından olan balıqçıların xilas edilməsinə çox sevinirəm. Onlar Çennaiyə avqustun 3-ü qayıdacaqlar". 

Qeyd edək ki, balıqçılar 6 ay əvvəl İranda olan bir şirkətə işləmək üçün gediblər, lakin məvaciblərini ala bilmədiklərinə görə orada qalıblar.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31