Fransa XİN: "ABŞ-ın boykotuna baxmayaraq, İranla saziş qüvvədə qalır"
1 Avqust 2018 13:27 Dünya"İranla nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ABŞ-ın boykotuna baxmayaraq qüvvədə qalır".
Bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.
"Bu, çox vacib razılaşmadır. Çünki, bu, dünyada nüvə silahlarının yayılmasının və regionda gərginlik yaşanmasının qarşısını almağa imkan verir", - fransalı nazir "Franceinfo" radiosuna müsahibəsində bildirib.
Le Drian əlavə edib ki, Avropanın bu məsələdə ümumi mövqeyi var.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31