Mariya Zaxarova: "MAR-da ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb"

"Mərkəzi Afrika Respublikasında (MAR) ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb, onların kimlikləri təsdiqlənib".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, MAR-da öldürülən jurnalistlərin meyitləri yaxın günlərdə vətənlərinə çatdırılacaq.

O həmçinin ölən jurnalistlərin Afrika ölkəsinə turist kimi daxil olduqlarını söyləyib.

Xatırladaq ki, dünən Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31