Meksikanın Duranqo ştatı yaxınlığında "Aeromexiko" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
"Embraer-190" tipli təyyarədə 97 sərnişin və 4 heyət üzvü olub. Təyyarədə olanlardan 47 nəfər xəsarət alıb, ölən yoxdur.
Duranqo ştatının qubernatoru Xose Rosasa Aispuro bildirib ki, təyyarənin qəzaya uğramasına güclü külək səbəb olub.
Axar.az