PKK ilə şiddətli döyüş: 7 türk əsgəri yaralandı

Türk əsgərləri Şırnak vilayətində hərbi bazaya hücuma hazırlaşan PKK terrorçularına qarşı əməliyyat keçirib.

Şiddətli atışma zamanı xeyli terrorçu məhv edilib, 4 hərbçi, 3 təhlükəsizlik qoruyucusu yaralanıb.

Döyüş meydanından helikopterlərlə götürülən yaralı türk əsgərləri xəstəxanaya yerləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31