Növbəti vulkan püskürməsi: 25 milyon insan təhlükədə...

Meksikanın Popocatepetl vulkanı yenidən püskürməyə başlayıb.

Bu barədə ölkənin Təbii Fəlakətlərin qarşısının alınması mərkəzinin rəhbəri Karlos Valdes deyib.

O, püskürmənin 2 km yüksəkliyə qədər qalxdığını bildirib.

Qeyd edək ki, aprel ayında da püskürən vulkanın 100 km radiusunda 25 milyon insan yaşayır.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31