İrəvanda çağırış: "Rus bazası ölkədən çıxarılsın" - KİV

Ermənistanda Feysbuk sosial şəbəkəsi vasitəsilə 102-ci bazanın ölkədən çıxarılması haqda çağırışların tirajlanmasına başlanıb.

Bu barədə məlumatı "EurAsia Deyli" saytı yayıb. Sayt məlumatı tirajlayanların 102-ci bazanın çıxarılmasına əsas səbəb kimi onun Ermənistanın maraqlarına xidmət etməməsini göstərdiklərini bildirib.

Maraqlı məqam isə məlumatların Feysbukda əsas mənbə olaraq bir səhifədən yayılmasıdır. Belə ki, bu səhifənin Soros Fondunun keçmiş əməkdaşı Daniyel İonisyan və ölkədə LGBT haqlarının aktiv təbliğatçısı Karpis Paşoyana məxsus olduğu müəyyən edilib. İonisyan Soros Fondunda çalışdıqdan sonra hökumətdə özünə yer edib və hazırda Ermənistan Baş nazirinin müavini Ararat Mirzoyanın rəhbərliyi altında Seçki Məcəlləsinin dəyişdirilməsiylə bağlı yaradılan komissiyanın fəaliyyətini koordinasiya edir. Paşoyana gəlincə isə, o, həm də uzun müddət Ararat Mirzoyanın mətbuat katibi kimi çalışıb.

Ararat Mirzoyan amerikalılarla geniş iş təcrübəsinə malikdir. 2012-2013-cü illərdə o, ABŞ Dövlət Departamentinin dəstəyi ilə təşkil edilən Seçki Sistemləri Beynəlxalq Fondu proqramına rəhbərlik edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31