ABŞ daha iki ərəb dövlətini silahlandırır
1 Avqust 2018 11:41 DünyaABŞ Dövlət Departamenti Küveytə aviasiya raketləri, Bəhreynə isə tank əleyhinə komplekslərin satışına izn verib.
Bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik hər iki ölkəyə satılacaq hərbi sursatın dəyərinin 110 milyon dollar olduğunu bildirib.
Küveytə Vaşinqtonun AGM-115 Hellfire raketlərinin, Bəhreynə isə TOW komplekslərinin verilməsi planlaşdırılıb. Hər iki ölkəyə silah satışını "Lokhid Martin" və "Raytheon" şirkətlərinin həyata keçirəcəyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31