ABŞ qərar verdi: Danimarkaya SM-2 satır
1 Avqust 2018 11:23 DünyaABŞ-ın Dövlət Departamenti Danimarkaya 152 milyon dəyərində 46 ədəd SM-2 raket əleyhinə qurğuların satılması barədə qərarı dəstəkləyib.
Bu barədə Pentaqonun yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, ABŞ bunları NATO-da müttəfiqi olan ölkəyə satmaqla siyasi sabitlik və regionda iqtisadi tərəqqinin təmin olunacağını düşünür.
Qurğuların satışı ilə Amerikanın "Raytheon" şirkəti məşğul olacaq.
Qeyd edək ki, SM-2 ballistik raketləri məhv edir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31