Karsda quduz karantini

Karsın Ceremə kəndi karantinə alınıb.

Bir neçə həftə əvvəl kənddəki itlər bir tülküylə boğuşublar.

Bir neçə gün ərzində kənddəki itlərdə və bəzi ev heyvanlarında quduz xəstəliyinin əlamətləri görünüb.Hadisə Kars Kənd Təsərrüfatı və Baytarlıq Epizotolgiya İdarələrinə bildirilib.

Aparılan yoxlamalar zamanında  bəzi ev heyvanlarında quduz xəstəliyi tapılıb. Dörd xəstə inək xüsusi şəkildə məhv edilib , xəstləlikdən tələf olan iki inək isə  zəruri profilaktik tədbir məqsədli dərin qazılmış və xlorlanmış xəndəklərdə basdırılıblar. Kəndin bütün sakinlərindən təhlil üçün qan numunələri alınıb.

Bütün ev heyvanları peyvənd olunub. Tibbi təhlillərin nəticələrinin müəyyən olunacağı zaman ərzində kənddə karantin rejiminin davam edəcəyi bildilir.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31