İran Afrika ölkələrilə qızılla ticarət etmək fikrindədir

İranın ticarət nazirinin birinci müavini Həsən Xosarvadacari Afrika səfərinə çıxıb. Məmurun səfərinin əsas məqsədi bəzi Afrika ölkələrilə ticarətin dollar, avro ilə deyil, qızılla aparılmasının razılaşdırılmasıdır.

İran nefti qızılla sataraq ABŞ-ın sanksiyalarını zəiflətməyə cəhd etməkdədir. Xosravacarinin Əlcəzair, Kenya , Mavritaniya, Qana və Fil dişi Sahilinin nümayəndələrilə görüşdüyü gələn xəbərlər sırasındadır.

Qeyd edək ki, İranda ciddi iqtisadi böhran davam edir. Bir ABŞ dolları hazırda 98 min İran tüməninə dəyişdirilir. Ölkədəki inflyasiya isə qeyri-rəsmi qaynaqların verdiyi məlumata görə, 203 faiz təşkil edib.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31