Qaraçı düşərgəsinə hücum edilib - yaralılar var

Yunanıstanın Rodos adasında 3 nəfər ov tüfənglərindən qaraçı düşərgəsinə atəş açıb. Nəticədə 13 nəfər yaralanıb.

Bu barədə Yunanıstanın АМНА agentliyi məlumat verib. Qeyd olunub ki, insident Karokonero rayonunda baş verib. Yaralanan 13 nəfər Rodos şəhərindəki xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardımdan sonra onlardan 6-sı evə buraxılıb. 

Polis silahlı hücumda iştirak edən 17 yaşlı yeniyetməni həbs edib. Digər 2 nəfərin axtarışı isə hələ də davam edir. Qaraçıların nə səbəblə atəş açdığı bilinmir. Cinayəti törədən şəxslərin də qaraçı olduğu deyilir.


AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31