Hindistanda 7 nəfərlik ailə kütləvi intihar etdi

Hindistanda dolanmaqda çətinlik çəkən 7 nəfərlik ailənin bütün üzvləri intihar edib.

Ailə fərdləri evin tavanından özlərini asaraq kütləvi intihar ediblər.

Hadisə ölkənin şərqindəki Rançi şəhərində baş verib. İntihar edənlərdən ikisi azyaşlı uşaqdır. Ən yaşlı ailə üzvü isə 75 yaşlı Naranyadır. Polisin xəbərinə görə, ailə intihardan əvvəl 15 səhifəlik məktub yazıb.

Məktubda ailənin maddi sıxıntıda olduğu, iki böyük qardaşın digərlərinin intiharına kömək etdiyi məlum olub.

Hazırda polis istintaqa başlayıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31