Belçikada kamikadze özünü stadionda partlatdı
31 İyul 2018 17:27 DünyaBelçikada naməlum şəxs futbol stadionlarından birində özünü partladıb.
Hadisə şahidlərinin sözlərinə görə, Stembert bölgəsində yerləşən stadiona kəmərində partladıcı quraşdırılmış 50-60 yaşlarında naməlum şəxs yaxınlaşaraq partladıcını işə salıb.
"Le Soir" nəşri kamikadzenin ehtiyatda olan hərbçi ola biləcəyi ehtimalını gündəmə gətirib. Şəxsiyyəti məlum olmayan şəxsin evinə basqın həyata keçirildiyi, küçədəki evlərin boşaldıldığı, axtarış əməliyyatlarının davam etdirildiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31