Yaponiyada güclü zəlzələ

Yaponiyanın Fukuşima şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Qurumunun məlumatına görə, təkan yerin 20 km dərinliyində qeydə alınıb. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Qeyd edək ki, 2011-ci ildə Fukuşimada baş verən 9 bal gücündə zəlzələdən sonra sunami olmuş, Atom Elektrik Stansiyasında sızıntı baş vermişdi.

Qaynarinfo 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31