Bu koma villa qiymətinə satılır

İngiltərənin Dorset qraflğıında, Krisçörçdəki Madford burnunda yerləşən koma əsl malikanə və ya villa qiymətinə satışa çıxarılıb.

İngilislərin "çimərlik koması" adlandırdıqları bu taxta tikili çimərlikdə olaraq paltardəyişmə, habelə azacıq istirahət üçün nəzərdə tutulur.

"Hut 475" adlı koma da çimərlikdə, dəniz sahilindədir. Komanı 10  il əvvəl 100 funta satın almış ailə indi onu 300 min funt-sterlinqə satır.

Bu məbləğə elə həmin Dorsetdə ikimərtəbəli malikanə və ya 4 otaqlı mənzil satın almaq olar.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31