Xaçaturovun geri çağırılması ilə bağlı erməni tərəfi sorğu göndərməyib
31 İyul 2018 16:58 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Valeri Semerikov yeni açıqlama verib.
Semerikovun açıqlamasına əsasən, KTMT rəhbərliyində qurumun fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğunu göndərilməsinə dair məlumat yoxdur.
İyulun 28-də Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Tiqran Balayan açıqlamasında bildirmişdi ki,qurumun baş katibini dəyişmək prosesini başlatmaq barədə tərəfdaşlara müraciət ediblər. Məsələ ilə bağlı məsləhətləşmələr aparılır.
Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib.
Ölkə.Az