Rusiyada qasırğadan 9 nəfər xəsarət aldı

Rusiyanın Kabarda-Balkar Respublikasında qasırğa nəticəsində 9 nəfər xəsarət alıb.

Güclü külək və leysan yağışları nəticəsində 7 yaşayış məntəqəsində elektrik təchizatı kəsilib.

Bundan başqa, bir sıra tikililərə, o cümlədən bir neçə məktəb binasına ciddi ziyan dəyib.

Hazırda bölgədə qasırğanın fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31