Əfqan qadınlardan İŞİD etirafları: “Başıma silah dayadı, məni zorladı”

Əfqanıstan ilə Türkmənistan sərhədindəki Dərzab bölgəsində İŞİD terrorçuları yerli xalqa divan çəkir.

Terrorçuların zorakılığına məruz qalan qadınların danışdıqları isə çox qorxuncdur.

İŞİD-in nəzarəti altında olan Cavazcan əyalətinin Dərzab rayonundan qaçanların sayı bir neçə mindir. Qadınlara qarşı seksual xarakterli cinayətlərin sayı isə bitib-tükənmir. Amma qadınlar ittihamdan çəkindikləri üçün çox şeyi açıb-ağartmırlar.

Bu yaxınlarda rayondan qaçan üç uşaq anası Zərifə bölgədəki İŞİD liderinin kəndə gələrək ərinin ona pul vermək barədə söz verdiyini iddia edib və pul istəyib. Zərifə baş verənlərdən danışıb:

"Pulumuzun olmadığını, pul tapa bilsək ona göndərəcəyimizi söylədim. Amma qəbul etmədi. Ərimi tərk edərək onun adamlarından biri evlənərək onlarla getməyimi tələb etdi. Mən bunu qəbul etmədim, adamları uşaqları başqa otağa apardılar və mənim başıma silah dayadı. Onunla getməsəm məni öldürəcəyini, evimi alacağını dedi. Sonra da mənə edə biləcəyi hər şeyi etdi".

Zərifə baş verənlərdən sonra evini tərk edərək Şəbərgana sığınıb: "Kənddə ərimin, qonşularımın üzünə baxa bilmərəm".

Şəbərgana sığınan digər bir qadının adı isə Samirədir. Samirə İŞİD-çilərin bir gün evə hücum edərək 14 yaşlı bacısını komandirlərinə apardıqlarını deyib:

"Bacımı nə özü aldı, nə də kiməsə ərə verdi. Özü zorladı və əskərləri də bacımı zorladı. Hətta kəndin İŞİD nümayəndəsi də bacımı zorladı. Bacım İŞİD-in yanında 10 ay qaldıqdan sonra qaça bilib. Hazırda bizimlə birlikdədir. Amma utandığından heç kəsə heç nə danışmır.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31