Məktəbin divarının qəbir daşlarından tikildiyi üzə çıxdı
31 İyul 2018 15:50 DünyaTürkiyənin Ərzurum vilayətində bir məktəbin baxça divarının Osmanlı dövrünə aid qəbir daşlarından inşa edildiyi üzə çıxıb.
İnşaat zamanı 16 ədəd məzar daşından istifadə edilib. Hazırda daşlar sökülərək arxeoloji muzeyə təhvil verilib.
Rəsmi qurumlardan verilən açıqlamaya əsasən, Şair Nəfi məktəbinin baxça divarlarındakı qəbir daşları təmir zamanı Üç Kümbetlerdəki məzar daşlarına aid olduğu bildirilib. Üzərində ərəbcə yazılar olan daşların XIX əsrə aid olduğu təxmin edilir. Daşların üzərində ağac, qəndil, məşəl və başqa simvollar var.
Qəbir daşları Daş əsərlər muzeyinə təhvil veriləcək.
"Ölkə.Az"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31