“Korrupsiya əleyhinə savaş Ermənistan siyasətini silkələyir”- “Le Monde”
31 İyul 2018 15:24 DünyaArtıq Sərkisyan tərəfdarları da səfərbər olmağa başlayıblar
"Nikol Paşinyan iqtidara gəldikdən sonra keçmiş dövrdə hakimiyyətdən sui-istifadədə təqsirləndirilərək həbs edilənlərin sayı getdikcə artır və keçmiş prezidentt Serj Sərkisyanın yaxın ətrafına qədər gəlib çatıb".
Fransanın "Le Monde" qəzetinin yazarı İzabel Mandro Ermənistandakı son gəlişmələri dəyərlrəndirən məqaləsini bu cümlə ilə başlayıb.
Müəllif Nikol Paşinyanın bu vaxta qədər oğurlanan pullardan təxminən 36 milyon avronu qaytarması ilə öyündüyünə diqqət çəkir.
Məqalədə Robert Köçəryanın da həbsinə toxunulub və keçmiş prezidentin "Erkir media" kanalında çıxış edərək ona qarşı qurama cinayət işinin qaldırıldığı barədə sözlərinə yer verilib.
Yazıda Köçəryan-Sərkisyan klanına ilk zərbənin istefada olan general Manvel Qriqoryanın həbsi ilə vurulduğu qeyd edilir.

Bundan başqa, Serj Sərksyann qardaşı oğlu Ayk Sərkisyana məxsus şirkətin ölkə vergilərinin 500 min avroluq məbləğini oğurlamaqda ittiham olunduğu, həmçinin onun atası Aleksandr Sərksiyanın da istintaqa cəlb edildiyi barədə yazılıb. Məqalədə İrəvan meri Taron Marqaryanın da dəbdəbəli həyatının sosial şəbəkələrdə gün işığına çıxmasından sonra istefa verdiyi bildirilir.
"Əslində baş verənlər Paşinyanın vədlərinin məntiqi davamıdır. O, bundan sonra da hakimiyyətdə effektli hərəkət etdiyini göstərmək üçün cinayət işlərini qaldırmaqda davam edəcək. Lakin Paşinyanın çıxa bilmədiyi çərçivə də var. Çünki onun ehtiyat oynçular skamyası olduqca qısadır. İrəli getmək üçün Paşinyana ölkə daxilində dəstək lazımdır. Hazırda isə o, Rusiya və ABŞ arasında sanki konki üstündə hərəkət edir", - MDB ölkələri üzrə müstəqil ekspert sayılan Arkadi Dubnov İzabel Mandroya bildirib.
Yazıda hazırkı təmizləmələrə qarşı yüksək səviyyədə təşkilalanmış müqavimət təşkil olunacağına dair şayiələrin dolaşmağa başladığı qeyd olunur.
Müəllif Paşinyanın onu müdafiə edən media tərəfindən də tənqid yağmuruna tutulmağa başladığını bildirib.
Belə ki, Ermənistanın Serj Sərkisyanla qatı müxalifətçilik edən "Aravot", "Qraparak" kimi media quruluşları indi baş naziri mətbuatı saymamaqda ittiham edirlər. Paşinyanın mətbuatdan daha çox sosial şəbəklərdə görünməyə və çoxlu "layk" yığmağa üstünlük verdiyi qeyd olunur.
Musavat.com