Prezident 6 milyonluq lüks maşınları darmadağın etdirdi

Filippin prezidenti Rodriqe Duterte yenidən müzakirəyə səbəb olan addım atıb.

Prezident ölkəyə qanunsuz yollarla gətirilmiş lüks avtomobillərin darmadağın edilməsinə göstəriş verib. Dəyəri təxminən 6 milyon dollar olan maşınlar buldozerlə əzilib. Prosesi Duterte özü də izləyib.

Xatırladaq ki, fevralda da Dutertenin göstərişi əsasında qanunsuz yolla ölkəyə keçirilmiş 20 lüks avtomobil yararsız hala salınmışdı. 

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31