Çində tabutu və dəfn mərasimini ləğv etməyə başlayıblar

Çinin cənub-şərqindəki Tszyansi vilayətində səlahiyyətli şəxslər torpaq resurslarını qorumaq üçün "yalnız kremasiya" siyasətini həyata keçirmək məqsədi ilə tədbirlər görməyə başlayıblar.

Çinin cənub-şərqindəki Tszyansi vilayətində səlahiyyətli şəxslər torpaq resurslarını qorumaq üçün "yalnız kremasiya" siyasətini həyata keçirmək məqsədi ilə tədbirlər görməyə başlayıblar.

Bu səbəbdən yerli əhalidən hazır tabutlar zorla müsadirə edilib və ölülərin ənənəvi dəfn mərasimlərinə qadağa qoyulub.

Vilayət rəhbərliyi kremasiyanı (meyiti yandırmaq - red.) insan qalıqlarını məhvinin yeganə icazə verilən üsulu etmək niyyətindədir. Artıq bu qaydanın təbiqinin sentyabrdan icbari olacağı bildirilir.

Şandun vilayətinin rəsmiləri də ənənəvi dəfn mərasimlərinin keçirilməsini qadağan ediblər. Yeni siyasətə əsasən, ölülər kremasiyaya məruz qalmalı, onların yaxınları isə müvafiq prosedurların həyata keçirilməsini təsdiq edən sənədi təqdim etməlidirlər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31